AZ

Maskın sanksiya altında olan rusiyalı ilə işbirliyi üzə çıxıb

Maskın
Süleyman Kərimov

Rusiyalı senator və milyarder Süleyman Kərimov Trampın ilk administrasiyası tərəfindən sanksiyaya məruz qaldıqdan sonra İlon Maskın "SpaceX" şirkətində trest vasitəsilə pay sahibi olub.

Reyting.az
xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadla yazıb.

Süleyman Kərimov "SpaceX"-in səhmlərinə 2017-ci ildə yaradılmış, Delaver ştatında yerləşən "Heritage Trust" şirkətinin vasitəçiliyi ilə sahib olub. Dörd nəfər, o cümlədən ABŞ-nın iki keçmiş rəsmisi "Bloomberg" nəşrinə bu barədə deyilənləri təsdiq ediblər. Daha sonra mənbələr bildiriblər ki, hətta ilk mərhələdə rusiyalı iş adamı "SpaceX" şirkətinin təxminən 1 faizinə sahib ola bilib.

Xatırladaq ki, Süleyman Kərimov 2018-ci ilin aprelində Oleq Deripaska, Viktor Vekselberq, eləcə də digər milyarderlərlə birgə Rusiyanın iş adamları kimi ABŞ tərəfindən sanksiyaya məruz qalıblar. "Heritage Trust"-ı idarə edən şirkət "Citigroup" bununla bağlı hətta Maliyyə Nazirliyinə də müraciət edib və qarşılıqlı bir etimadın olduğunu əsas gətirməklə onunla əlaqəli bu rusların bloklanmasına ehtiyac olmadığını bildirib.

2022-ci ilin iyun ayının sonunda ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi "Heritage Trust"-ın o vaxtlar bir milyard dollar olan aktivlərini ələ keçirib. Lakin iki "Bloomberg" mənbəsi bildirib ki, "SpaceX" şirkətinin payı o vaxta qədər artıq satılmışdı.

"SpaceX", amerikalı milyarder İlon Mask və rusiyalı milyarder Süleyman Kərimov bununla bağlı medianın şərh tələblərinə cavab verməkdən imtina ediblər.

Onu da qeyd edək ki, 58 yaşlı S. Kərimov "Milyarderlər İndeksi"-nə görə Rusiyanın ən varlı adamları arasında 17-ci yerdədir. Ümumilikdə biznesmen təxminən 9,9 milyard dollara yaxın sərvəti ilə siyahıda 282-ci yerdə qərar tutub. 2018-ci ildə ABŞ-nın sanksiyasına məruz qalan S. Kərimov sonradan Avropa İttifaqının da sanksiyası ilə üzləşib.

Oqtay QORÇU

Seçilən
0
50
reyting.az

10Mənbələr