"Survivor" iştirakçısı Okay Köksal, 8-ci mərtəbədən yıxılan qızının son vəziyyətini açıqlayıb.
Milli.Az xəbər verir ki, idmançı 15 yaşlı qızı Azranın səhhətində müsbətə doğru irəliləyiş olduğunu bildirib.
"Əziz dostlar, qızım Belinay Azranın başına gələnlərdən sonra bəri heç bir paylaşım etməmişik. Bu müddət ərzində bizim prioritetimiz onun sağalma prosesinə diqqət yetirmək və hadisəyə həssaslıqla yanaşmaq idi. Belinay Azra müalicənin ən çətin mərhələlərini geridə qoyub və indi həkimlərimizin müalicə planına səbr və qətiyyətlə davam edir" -deyə o qeyd edib.
Xatırladaq ki, Okay Köksal 2019-cu ildə "Survivor"da yarışıb və favori iştirakçılardan biri olub. /baku.ws
Milli.Az