AZ

Cüdo: Fransada keçiriləcək “Böyük Dəbilqə”yə 10 idmançı ilə

Cüdo üzrə Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirində 10 idmançı ilə təmsil olunacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda adları aşağıda qeyd olunmuş cüdoçularımız tatamiyə çıxacaqlar:

Əhməd Yusifov, Hüseyn Allahyarov (hər ikisi 60 kq)
Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq)
Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq)
Ömər Rəcəbli (81 kq)
Əjdər Bağırov (100 kq)
Uşanqi Kokauri və Kənan Nəsibov (hər ikisi +100 kq).

Yarışda iştirak etməli olan Murad Fətiyev (90 kq) isə zədəli olduğuna görə turnirə qatıla bilməyəcək.

İdmançılara performans direktoru, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Robert Kravçik, Elxan Məmmədov və Slavko Tekiç rəhbərlik edəcəklər.

“Böyük Dəbilqə” fevralın 1-2-də keçiriləcək.

Seçilən
1
10
arena.az

10Mənbələr