AZ

Özcan Dənizin hesabları əlindən alındı

Son aylarda sosial mediada ailəsi ilə problemlər yaşayan müğənni və aktyor Özcan Dəniz “X” sosial media hesabı və “YouTube” adresinin əlindən alındığını açıqlayıb.

News24.az xəbər verir ki, Özcan Dəniz bir müddət meneceri olan böyük qardaşı Ercan Dənizlə son aylarda mübahisə edib. İş və şəxsi həyatında qardaşı ilə əlaqəni kəsmək üçün ortağı olduğu “Deniz Film” şirkətini satan Dəniz “Instagram” hesabında paylaşımlar edərək ailə üzvlərinə meydan oxuyub.

Artıq ailəsinin yalnız oğlu Kuzey və həyat yoldaşı Samar Dadgar olduğunu deyən Özcan Dəniz ailə fotolarını paylaşıb və bunları yazıb: “Səni çox sevirəm. Canım oğlum, canım həyat yoldaşım. Canımsınız. Mən artıq kimin üçün yaşadığımı bilirəm və çox xoşbəxtəm”. 

Özcan Dənizin bacısı Yurda Gürler də baş verənlərə görə iranlı gəlinləri Samar Dadgarı məsuliyyət daşıdığını deyib.

Aynurə



Seçilən
6
50
news24.az

10Mənbələr