AZ

"Bir sıra dünya ölkələri ilə müqayisədə Azərbaycanda bank faizləri çox yüksəkdir" - AÇIQLAMA

"Bir sıra dünya ölkələri ilə müqayisədə Azərbaycanda bank faizləri çox yüksəkdir" - AÇIQLAMASon vaxtlar vətəndaşlar banklarda faizlərin artmasından şikayət edirlər. Bəs görəsən bunun səbəbi nədir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Sonxeber.az - a açıqlama verib:

"Bir sıra dünya ölkələri ilə müqayisədə Azərbaycanda bank faizləri çox yüksəkdir. Bəzi hallarda 33 hətta 36 faizə gəlib çıxır. Hər hansı məhsulunun satışı kreditlə 15-16 faiz göstərilsə də, alan zaman 33-36 faizə qədər qalxır. Əslində 15 faizin özü də çox bahadır. Kreditlərin faizini banklar vətəndaşın ödəmə qabiliyyətində olan risklərlə təyin edir. Qısaca, bəri başdan verdikləri məbləğin daha çoxunun alınmasını nəzərdə tuturlar. Bunun səbəblərindən biri beynəlxalq bankların Azərbaycanın bank sistemində iştirak etməməsidir. Xarici bankların Azərbaycanda iştirak səviyyəsini artırmaq lazımdır. Bu, həm ölkəyə investisiyaların gətirilməsinə, həm ölkədə bu sahədə rəqabətin yaranmasına (hansı ki, kredit faizləri aşağı düşəcək) həm də orta və kiçik sahibkarlığa töhvə verəcək.

2015-ci ilə qədər bir çox dünya ölkələri ilə müqayisədə Azərbaycanda bank sistemi deyil, kassa sistemi mövcud idi. Yəni, böyük qurumların, şirkətlərin özlərinin daxili bankları mövcud idi. Bir sıra əməliyyatlar həmin banklar vasitəsi ilə həyata keçirilirdi. Buna isə beynəlxalq standartlara uyğun olaraq bank deyil, kassa deyilirdi. Öz daxili bankları olduğu üçün onların insanlara kredit verməkdə maraqları yox idi. 2015-ci ildən sonra isə bank sektorunda müsbətə doğru dəyişikliklər və inkişaf oldu. Artıq real iqtisadiyyat formalaşdı. Banklar bir sıra islahatlar həyata keçirdilər. Mərkəzi bankda beynəlxalq standartların tələbləri, risklərin idarə olunması sahəsində beynəlxalq standartların tələbləri və.s qaydalar tətbiq edildi. Daha sonra Mərkəzi Bank tərəfindən bütün banklara həmin qaydalar tətbiq olunmağa başladı".

Seçilən
3
48
sonxeber.az

10Mənbələr