AZ

Azərbaycanda nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb

2024-cü ilin dekabr ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib

FED.az xəbər verir ki, bu, Mərkəzi Bankın aylıq bülleteninə istinadən bildirilir.

2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 486 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 360 milyon manatı elektron ticarətin payına düşür. 

Qalan məbləğin 1 milyard 121 milyon manatı POS-terminallar, 3.7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdiriib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64.2%-ni təşkil edib. 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin dekabr ayında dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayına nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədədə çatıb. 2023-cü ilin sonu ilə müqayisədə bu göstərici 17.6% artıb. 

Ödəniş kartlarında artım debet kartları üzrə 19.9%, kredit kartları üzrə 1.8% təşkil edib.

Seçilən
1
8
fed.az

10Mənbələr