AZ

İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabr ayına kimi açılacaq - Hafiz Paşayev

2025-ci ilin sentyabr ayına kimi İtaliya-Azərbaycan Universitetinin binasının açılışı gözlənilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində İtaliya-Azərbaycan layihəsi çərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalma ixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil almağa başlayacaq.

Xatırladaq ki, 2 aprel 2022-ci il tarixində ADA universitetinin kampusunda (Bakıda) İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Onun strukturunda iki institut fəaliyyət göstərəcək: Kənd Təsərrüfatı və Qida elmləri İnstitutu, həmçinin Dizayn və Memarlıq İnstitutu. Eyni zamanda ərazidə tələbə yataqxanaları tikiləcək.

Seçilən
1
6
day.az

10Mənbələr