"İtaliya-Azərbaycan Universitetinin binası 2025-ci ilin sentyabrına qədər açılacaq".
Publika.az "Report"a istinadən xəbər verir ki, bunu İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib.
"Yeni tədris ilindən 160 tələbə İtaliya-Azərbaycan Universitetində təhsil alacaq. Bugünkü tədbir, həmçinin abituriyentləri bu təhsil müəssisəsinin potensialı ilə tanış etmək məqsədi daşıyır", - deyə o qeyd edib.
Rektor vurğulayıb ki, ADA Bakıdakı İtaliya səfirliyi ilə əməkdaşlıq edir və layihə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilir.