Bakı. Trend:
İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında olan dostluğuntəcəssümüdür.
Trend xəbərverir ki, bunu bu gün İtaliyanın Azərbaycandakı səfiri Luka diCanfrançesko ADA Universitetində İtaliya-Azərbaycan layihəsiçərçivəsində yeni, kommunikasiya dizaynı və şəhərsalmaixtisaslarının rəsmi açılış mərasimində etdiyi çıxışdabildirib.
“Mən səmimi olaraq düşünürəm ki, bu layihə təkcə onu artıqmüşayiət edən uğuru simvolizə etmir, o bundan daha böyük əhəmiyyətkəsb edir – o bizim şüurumuzun və qəlbimizin dərin aspektlərinətoxunur. Bu ölkələrimiz arasında olan – bilik, mədəniyyət vətəcrübə mübadiləsinə əsaslanan ölkələrimiz arasındakı səmimidostluğun təcəssümüdür. Bir-birimizdən öyrənmək, ən yaxşıtəcrübələri mənimsəmək və birlikdə inkişaf etmək istəyimiz – məhzbizi fərqləndirən budur”, – deyə səfir bildirib.
Diplomat, həmçinin bu layihədə iştirak edən İtaliyauniversitetlərinə təşəkkürünü ifadə edib.
“İtaliya-Azərbaycan Universiteti gerçəkliyə çevrilir. Geriyəboylanıb baxsaq, təməlqoyma mərasimindən cəmi 3 il keçdiyi insanainanılmaz gəlir. Universitetin bir uğur tarixçəsinə çevrilməsifaktına görə biz ilk növbədə sizin sadəqətinizə, sizin həvəsinizəvə əzmkarlığınıza borcluyuq”, - deyə o bildirib.