''Football-plus.az'' xəbər verir ki, portuqaliyalı superulduz jurnalist Edu Agirreyə müsahibəsində oğlu Matteo ilə bağlı maraqlı etiraf edib. Müsahibənin tam versiyası fevralın 3-də ekranlara çıxacaq. Amma qısa bir hissəsi artıq məlumdu. Həmin hissədə Ronaldo bunları deyir:
''Oğlum Matteo Mbappeni çox sevir və onun böyük pərəstişkarıdı. Bəzən Mbappenin məndən güclü olduğunu deyir. Mən isə ona atasının daha güclü olduğunu deyirəm və kimin daha çox qol vurduğunu soruşuram''.
Xatırladaq ki, ''Qızıl top''un beşqat qalibi son olaraq Səudiyyə Ərəbistanı çempionatında ''Əl-Nəssr''in ''Əl-Fayha''nı 3:1 məğlub etdiyi qarşılaşmada fərqlənməklə peşəkar karyerasının 920-ci qolunu vurdu!
Fevralın 5-də 40 yaşı tamam olacaq Ronaldo bu mövsüm 23 rəsmi oyunda 20 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ