"Hansı sahəyə diqqət yetirsək gənclərimizin töhfələrini görərik. Buna əsas verən təbii ki, gənclərimizin bilikli, savadlı olmaları, daim yeniliyə, təkmilləşməyə maraq göstərmələridir. Dövlətimizin siyasətində təhsil əsas yer tutur". "Olaylar" xəbər verir ki, bunu YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov deyib: "Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra uğurlu təcrübəni davam etdirmişdir. Belə ki, təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara "Prezident təqaüdü"nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi idi. Son 21 ildə bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın özünü dünyaya innovasiyalar ölkəsi kimi təqdim etməsində aydın ifadəsini tapır".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31