AZ

11 il iş kəsilən Menendes günahını arvadının üstünə atır

Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş senatoru, erməni lobbiçisi ANCA-nın fəal tərəfdarı Robert Menendesi korrupsiyada və Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham edərək 11 il həbs cəzasına məhkum edib.

Menendes və onun vəkilləri proses zamanı günahı onun erməniəsilli arvadı Nadin Arslanyan-Menendesin üzərinə atmağa cəhd ediblər. 

"The New-York Times" bu barədə yazır: "Hökmü gözləyən Menendes mərhəmət tələb edir və həyat yoldaşını günahlandırır. Keçmiş senatorun vəkilləri onun məhkəməsi zamanı etdiyi kimi, prosesdə onun həyat yoldaşı Nadin Menendes tərəfindən yoldan çıxarıldığını iddia etdilər."

Bu bir daha sübut edir ki, ermənilərin toruna ancaq mənəviyyatsız və pulgir siyasətçilər düşür. ABŞ-da erməni kokusuna daxil olan siyasətbazların əksəriyyəti mənəvi xüsusiyyətlərinə və acgözlüyə görə heç də Bob Menendesdən fərqlənmirlər.

Seçilən
1
13
anspress.com

10Mənbələr