Yazını böyüt
Yazını kiçilt
Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 4 lot üzrə 41 nəqliyyat vasitəsi satılıb.
Dövlət Xidmətindən hafta.az-a bildirilib ki, hərraca çıxarılan əmlaklara 32 sifariş qəbul edilib. Rəqabətli keçən hərracda ilkin qiyməti 46 min 100 manat olan lot üzrə 19 nəqliyyat vasitəsi 100 min manata satılıb. Digər lot üzrə 15 nəqliyyat vasitəsinin start qiyməti 35 min 200 olsa da, son təklif 52 min manata yüksəlib.