AZ

Zəngəzur dəhlizi Azərbaycanın layihəsidir və mütləq həyata keçiriləcək



İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Beləliklə, Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı mövqeyini bir daha Ermənistanın və beynəlxalq aləmin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması üçün Azərbaycanın praktiki addımlar atdığını ifadə edib: “Dövlət başçısı Ermənistan tərəfinin artıq 4 ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgilədiyini, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini vurğulayıb.
Müşavirədə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının vacibliyindən söz açan Prezident İlham Əliyev, Ermənistanın qeyri-real layihələrinin davamı olaraq son günlərdə ortaya atdığı guya “Sülh kəsişməsi” layihəsi haqqında da söz edərək, bu layihəni bütün dünya ölkələrinə təqdim etdiklərini, lakin bu dırnaqarası layihənin Azərbaycanın iştirakı olmadan heç bir qiymətinin olmadığını deyib.
Ölkə Prezidenti son açıqlamaları ilə Ermənistana növbəti dəfə qətiyyətli mövqeyini nümayiş etdirdi: “Dövlətimizin başçısı Ermənistan rəhbərliyinə bir daha 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirməyi məsləhət görüb.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının lazımi ehtiyaclarını qarşılamaq üçün Azərbaycanın bütün imkanlarını səfərbər etdiyini, ilk növbədə, İran İslam Respublikası ərazisindən yüklərin və sərnişinlərin daşındığını, digər imkanlarımızın da mövcud olduğunu bildirib. Prezident eyni zamanda bütün bu vasitələrin iqtisadi cəhətdən daha əlverişsiz olduğunu və məsafə baxımından uzaqlıq təşkil etdiyini diqqətə çatdırıb.  Gürcüstan və Türkiyə üzərindən də bağlantı yaratmağın mümkünlüyündən söz açan cənab Prezident, ən rahat yol və ən uyğun imkanların prioritet təşkil etdiyini açıqlayıb.
Prezident İlham Əliyev Ermənistana növbəti xəbərdarlığını edib:“Müşavirədə dövlət başçısı Naxçıvan Muxtar Respublikasında ikinci körpünün inşa ediləcəyini, birinci körpünün isə Zəngilan rayonu ərazisində inşa edilməkdə olduğunu vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid verilməsinin zəruriliyini həm beynəlxalq müstəvidə, həm də Ermənistanla ikitərəfli təmaslar əsnasında daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının da vurğuladığı kimi, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır.
Göründüyü kimi, Azərbaycan öz mövqeyində qətiyyətlidir və tarixi həqiqətlərinin bərpası, sülhün və ədalətin təmin edilməsi üçün bütün hüquqi proseslərə hazırdır.

Mayil Əliyev
YAP Cəbrayıl rayon Təşkilatının partiya fəalı



Seçilən
10
50
aia.az

10Mənbələr