AZ

Mahmud Qurbanov: Yubiley matçında iştirak etmək mənim üçün şərəfdir

Bakı, 30 yanvar, AZƏRTAC

“Belə bir oyunda iştirak etmək mənim üçün şərəfdir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Mahmud Qurbanov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında keçirilən yubiley matçından öncə jurnalistlərə açıqlamasında deyib.

O, Tofiqin Bəhramovun Azərbaycan futbolunun ən tanınmış siması olduğunu bildirib: “O, hakim olmasına baxmayaraq, futbolumuzda böyük iz buraxmış şəxsiyyət olub. Ötən gün veteranlar, futbol adamları, onu tanıyan insanlar və ailə üzvlərinin iştirakı ilə tədbir keçirildi. Onlar mərhum hakimimizlə bağlı maraqlı xatirələrini bölüşdülər. Veteranlar arasında yubiley oyunu da keçirmək qərarına gəldik. Belə bir oyunda iştirak etmək mənim üçün şərəfdir”.

Seçilən
2
11
azertag.az

8Mənbələr