AZ

Etibar Məmmədov: "Yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problem olmayacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problem olmayacaq".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri Etibar Məmmədov deyib.
O bildirib ki, bu gün kanalizasiya sistemi bəlli ünvanlarda mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərmir:
"Bakı şəhərinin kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı ADSEA-nın layihələri əlaqədar qurumlara təqdim olunub.
Bu məsələ Prezident İlham Əliyevin bilavasitə diqqətindədir.
Yaxın zamanlarda bu layihələrin icrası üçün böyük tunellərin kanalizasiya kollektorlarının inşası ilə bağlı artıq Dövlət proqramı qəbul olunacaq. Prezidentin tapşırığı ilə bu işə başlanıb".
Aygün Mirakif
Seçilən
0
50
oxu.az

10Mənbələr