AZ

Ekspert: “Amerika qoşunlarını Suriyadan çıxarmaq istəsə, niyə Türkiyə ilə məsləhətləşsin?” – ÖZƏL

"ABŞ qüvvələrinin Suriyada mövcudluğu Əsəd rejiminə görə vardı. Əsədə də Putin dəstək göstərirdi. Ola biləcək potensial təhlükələrə görə bazalar yaratmışdı. İndi rejim devrildi və iqtidar yenidən Amerikanın əlinə keçdi. Təhrir-Əl-Şam Amerikanın əsəridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında konflikt analitik Elman Vəliyev deyib. O qeyd edib ki, İsrail üçün Suriyadan təhlükə görmür. 

"Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq məsələsinə gəldikdə, Türkiyə də hürr xarici siyasətə malik deyil. Bir NATO üzvü olasan və öz istədiyini edəsən. Amerikanın "Orta Şərq" layihələrinin icraçıları bir xeylidir. Məntiqlə düşünsək, Amerika qoşunlarını Suriyadan çıxarmaq istəsə, niyə Türkiyə ilə məsləhətləşsin? Bu işdə paradoksallıq yoxdurmu? Əlbəttə var".

Ekspert bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Həmas nümayəndələri ilə görüşünə toxunub:

"Çox güman ki, görüşdə atılacaq addımlar danışıldı. Nələr danışıla bilər? Həmasın buraxılması, İsraillə kompromisə getməsi, yoxsa mübarizənin davam etdirilməsi? Əminəm ki, o masa bu üç punkt üzərində müzakirə gedə bilərdi. Türkiyə Aponu PKK-nı dayandırmaq şərti ilə "əfv" edə biləcəyini vurğulayır və çox güman, bu proses alınacaq. Amerika Türkiyənin bölgədə dominant aktor olmasına niyə qarşı çıxmadı? Çünki BOP-un bir icraçısı da Türkiyədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
50
olaylar.az

10Mənbələr