AZ

Rusiya boru kəmərləri ilə qazın ixracı 15%-dən çoxdur

Rusiya 2024-cü ildə boru kəmərləri ilə 119 mlrd. kubmetrdən artıq qaz ixrac edib, bu da illik müqayisədə 15,6% artıb.

APA-Economics” xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Boru kəmərlər ilə qazının ixracı 15,6% artaraq 119 milyard kubmetrdən çox, mayeləşdirilmiş təbii qazın (LNG) ixracı isə 4% artaraq təxminən 47,2 mlrd. kubmetr olub”, - Aleksandr Novak “Enerji siyasəti” (“Energetiçeskaya politika”) jurnalında dərc olunan məqaləsində yazıb.

Onun sözlərinə görə, 2024-cü ildə Rusiyada qaz hasilatı təxminən 685 milyard kubmetrə çatıb, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 7,6% çoxdur.

Seçilən
1
6
apa.az

10Mənbələr