Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə yanvarın 30-da Orta Asiya Mediatorlar Konsorsiumunun sədri və Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandılda Jakupovla, həmçinin Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla görüş keçirib.
QHT.az xəbər verir ki, görüş çərçivəsində əməkdaşlıqla bağlı məsələlərə, o cümlədən mediasiya sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və təsisatlar arasında hüquqi və sosial müstəvidə əməkdaşlığın dərinləşdirilməsi imkanlarına toxunulub.
Görüşdə mediasiya üzrə bir sıra mühüm məsələləri tənzimləyən “Mediasiya üzrə Sinqapur Konvensiyası”nın vacibliyi də vurğulanıb. Konvensiyada mediasiya nəticəsində əldə olunan barışıq sazişlərinin birbaşa icra mexanizmləri ön plana çəkilib. Həmçinin, Türkdilli dövlətlərin mediasiya təşkilatları ilə sıx əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinin əhəmiyyəti vurğulanıb.