AZ

İranda “Rus evi” açılır

Şimal və cənub qonşularımızın “qardaş”lığı gün-gündən daha da güclənir, genişlənir. Kreml Tehranın mərkəzində rus-fars “qardaşlığ”ının möhkəmləndirilməsi üçün yeni “yuva” açmağa hazırlaşır.

Belə ki, Rusiya Beynəlxalq Humanitar Əməkdaşlıq Mərkəzi (“Rossotrudniçestvo”) 2026-cı ilə qədər İranda “Rus Evi” açacağını açıqlayıb.

Bununla bağlı yayılan rəsmi məlumatda bildirilib ki, “Tehranda Rus Mədəniyyət Mərkəzinin açılması ilə bağlı praktiki məsələlərin işlənib hazırlanmasına başlanılıb”.

Məlumatda o da qeyd olunub ki, “Rus Evi”nin açılması vətəndaşların rus dilini öyrənmək ehtiyacını ödəyəcək və Rusiyanın Tehranda mədəni və humanitar mövcudluğunu genişləndirəcək.

Beləliklə, Kreml İranda rus dilinin öyrədilməsi adı altında ilk növbədə “beşinci kolon”un formalaşdırılmasını hədəfləyir. Bu isə öz növbəsində casus şəbəkəsi üçün münbit zəmin yaradır. Sözügedən şəbəkəyə heç şübhəsiz ki, Güney azərbaycanlıları da cəlb etməyə çalışacaqlar. Başqa sözlə desək, rus-fars işbirliyi bundan sonra daha məkrli xarakter alacaq.

P.S. Rusiya-İran hərtərəfli müttəfiqlik sazişinin imzalanması perspektivdə həm də Güney azərbaycanlıların müstəqillik arzusunun boğulmasına hesablanıb. Bütöv və Böyük Azərbaycan Moskvanın da, Tehranın da ən qorxulu röyasıdır.

Seçilən
1
2
vaxt.az

3Mənbələr