AZ

Almaniyalı azarkeşlər PSJ-nin prezidentinə şok yaşatdılar: Sənə lənət olsun

“Ştutqart” azarkeşləri Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunun PSJ ilə oyunu (1:4) zamanı Paris klubunun prezidenti Nasser Əl-Xelaifinin ünvanına təhqirlər yazılmış bannerlər asıblar.

Publika.az xəbər verir ki, qarşılaşmanın birinci hissəsində ərəbcə yazısı olan pankart peyda olub. Üzərində “Biz futbol yolu ilə irəliləməyə davam edirik və sizin orada yeriniz yoxdur” sözləri yazılıb.

İkinci hissədə asılmış ingilis dilindəki pankart daha sərt olub: “Sənə və futbol diktaturana lənət olsun”.

Başqa bir pankartda isə “Nasser Al-Khelaifi – persona non grata in Stuttgart” yazılıb.

Seçilən
2
4
publika.az

10Mənbələr