AZ

Yeni Suriya yaradılır: Əl-Şaraanın prezidentliyi dövründə açıq idarəetmə üsulu tətbiq olunacaq

Əhməd əl-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək.
 Bu barədə “Reuters“ məlumat yayıb. 
Bundan əlavə, ölkənin hakimiyyət orqanları Konstitusiyanın fəaliyyətinə xitam verildiyini, parlamentin, Təhlükəsizlik Xidmətinin və silahlı birləşmələrin buraxıldığını bəyan ediblər.

Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a bildirib ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra hakimiyyətə müxalif qüvvələr gəliblər:

“Hazırda yeni bir Suriyanın yaradılması prosesi gedir. Konstitusiyanın fəaliyyətinə xitam verilməsi, parlamentin, Təhlükəsizlik Xidmətinin və silahlı qüvvələrin buraxılması bəyan olunub. Eyni zamanda nəzərə almaq lazımdır ki, qardaş ölkə Türkiyənin mövqeyləri bir qədər Suriyada möhkəmlənib. Lakin Suriya ərazisində hələ də problemlər qalmaqdadır. İsrailin Qolan təbələri ilə yanaşı digər ərazilərə nəzarət etməsi və ölkənin Şimal Şərqində kürd qruplaşmalarının tör-töküntülərinə Amerikanın dəstək verməsi Türkiyənin işini bir qədər qəlizləşdirir. Türkiyə üçün əsas məsələ ərazi bütövlüyünün təmin olunması kontekstində Suriyanın suverenliyidir. Hesab edirəm ki, bu proses çox uzun çəkəcək, lakin nail olunması da mümkün hadisədir”.

Ekspert qeyd edib ki, Əhməd əl-Şaraanın prezidentliyi dövründə Suriyada demokratik və açıq idarəetmə üsulu tətbiq olunacaq:
“Eyni zamanda Suriyada İran və Rusiya kimi ayrı-ayrı geosiyasi mərkəzlər hələ də maraq axtarışındadır. Uzun illər ərzində Suriya ərazisində Bəşər Əsəd rejimini devirmək yönündə müəyyən güc mərkəzləri mübarizə aparıblar. Hazırda geosiyasi konfiqurasiya dəyişib və Türkiyənin mövqelərinin möhkəmlənməsi ilə yanaşı hədəflərinin də yerinə yetirilməsi əsas məqsədlərdən biridir. Ona görə də qarşıya qoyulan bütün hədəflərə çatmaq üçün Türkiyənin diplomatiyası və xüsusi xidmət orqanları burada öz vəzifələrini icra edirlər”.
Seçilən
12
24
sherg.az

10Mənbələr