AZ

“Su şəbəkəsinə qoşulma” üzrə islahatların və yeni tariflərin təqdimatı keçirildi

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi ilə həyata keçirilən “Su şəbəkələrinə qoşulma” işçi qrupu çərçivəsində biznes nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayaraq yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib. O bildirib ki, kommunal xidmətlər çərçivəsində su şəbəkəsinə qoşulmanın təkmilləşdirilməsi və yeni tariflərin təsdiqi bu sahədə sadələşmə ilə yanaşı, həm xərclər, həm də prosedurların şəffaf şəkildə təqdim olunmasına əlverişli imkanlar yaradıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini İlham Bayramov “Su şəbəkəsinə qoşulma” ilə bağlı cari il ərzində görülmüş işlər və əsas nəaliyyətlər haqqında məlumat verib. O çıxışında “Bizness Ready” layihəsinin ölkəmizin biznes və investisiya mühitinə qiymətini, islahatların formalaşmasına mühüm rolunu və sahibkarlara dövlət dəstəyini vurğulayıb.

İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Seçilən
19
18
publika.az

10Mənbələr