Bakı. Trend:
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş“müşahidəçilər"inin fəallığı səngimək bilmir.
Bununla bağlı Trend-ə yenigörüntülər daxil olub.
Belə ki, yanvarın 30-u saat 14:45-də Ermənistanın Dəvəlirayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşənErmənistan silahlı qüvvələrinin döyüş mövqeyi üzərində Avropaİttifaqının bayrağının olduğu 2 ədəd Cip markalı avtomobildə 1-ihərbçi və 3-ü mülki şəxs olmaqla, ümumilikdə 4 nəfər şəxsin gələrəkərazidə foto və videoçəkiliş aparması qeydə alınıb.
Missiya nümayəndələri saat 15:50-də ərazini tərk edərək geriqayıdıblar.
Avropa İttifaqı nümayəndələrinin ərazidəki fəaliyyəti AzərbaycanOrdusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual vətexniki vasitələrlə müşahidə edilib.
Trend həmin görüntüləritəqdim edir: