AZ

Yəhudiyə, xristiana, müsəlmana büdcədən pul ayıran tək ölkə...

Image

Azərbaycan tarixən multikultural və tolerant bir ölkə kimi tanınıb və özünü təsdiqləyib. böyük tarixi ənənələrə söykənən bu mütərəqqi addımlar müasir dövrdə də yüksək səviyyədə həyata keçirilir. Çoxmillətli və çox konfessiyalı ölkə olaraq Azərbaycanda bütün ənəvi dinlərə böyük rəğbət bəslənir, onlar dövlət qayğısı ilə əhatə olunurlar. 

Məlumdur ki, Azərbaycan multikulturalizm siyasinin banisi Heydər Əliyev olub. H.Əliyev bütün siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətində yönəldib. Ekspertlərə görə Azərbaycan multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən vacib olanı Heydər Əliyevin təşşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Konstitusiyasında əks olunmasıdır. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan konstitusiyasının  bir sıra maddələrində çox aydın şəkildə öz əksini tapıb.

Bütün dini konfessiyalara dövlətin birdəfəlik maliyyə dəstəyi...

Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də bu istiqamət əsas xəttlərdən biri kimi keçir. Ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyalara dövlət tərəfindən maliyyə dəstəyinin göstərilir və bu məsələyə Prezident Əliyev xüsusi diqqət göstərir. Azərbaycanda mövcud olan bütün dini konfessiyalara fərq qoyulmadan dövlət tərəfindən maliyyə dəstəyi göstərilir.

Bildiyimiz kimi, Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Yanvarın 15-də imzalanan Sərəncamla maliyyə yardımı ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək, habelə dinlərarası həmrəyliyin daha da inkişaf etdirilməsi, dini maarifləndirmə işinin müasir tələblərə uyğun şəkildə qurulması və mütərəqqi mənəvi-əxlaqi dəyərlərin təbliği sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə ayrılıb.

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 350 min manat, Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdəki bütün dini konfessiyalara birdəfəlik yardım ayrılması çox mühüm addımdır. Onların sözlərinə görə, heç bir fərq qoyulmadan islam, xristian, yəhudi dinlərinin təmsilçilərinə yardım məqsədilə ayrılan bu vəsaitin mühüm əhəmiyyəti var və bu qurumların fəaliyyətinə dövlətin diqqətinin, qayğısının təzahürüdür. Ekspertlərə görə, Azərbaycan nadir ölkədir ki, bütün dini konfesdsiyalara fərq qoymadan maliyyə yardımı göstərir. 

Ekspertlər qeyd edirlər ki, Azərbaycan dövləti bununla tolerant, multukultural ölkə olduğunu bir daha təsdiqləməklə eyni zamanda daxildə dini təşkilatların bir-biri ilə müsbət əlaqələrinin daha da möhkəmlənməsinə dəstək verir. Ekspertlər deyirlər ki, dini konfessiaylara birdəfəlik maliyyə yardımları göstərilməsi illərdir mövcuddur və bu artıq ənənə halını alıb, bu amil həm də o dini icmalara, qurumlara ciddi stimul verir, onların fəaliyyətinə müsbət təsir edir. 

“Heç bir dini konfessiya arasında fərq qoymadan bərabər şəkildə...”

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə  “Ölkədə dini konfessiyaların fəaliyyətinin davamı və effekti üçün dövlət başçısı tərəfindən növbəti vəsaitin ayrılması həmin qurumların mütərəqqi şəkildə inkişaf etməsinə şərait yaratmaq üçündür. Tolerantlıq mühitinə xidmətin davamı, dini ayin və tədbirlərinin keçirilməsi, dövlət - din münasibətlərinin inkişafı, miltikultural dəyərlərin qorunub saxlanılması kimi fəaliyyətlərin töhfə verməsi üçün həmin vəsaiti gərək səmərəli sərf etsinlər. Dövlətin dinə və dini qurumlara olan diqqət, qayğısı cənab Prezidentin bu dəstəyi ilə əyani şəkildə özünü göstərir. Heç bir dini konfessiya arasında fərq qoymadan bərabər şəkildə edilən bu dəstək o qurumların cənab Prezidentə təşəkkür məktubu ilə dəyərləndirildi. Bu, ilk növbədə o deməkdir ki, Azərbaycanda dövlət-din münasibətləri, tolerantlıq ən yüksək səviyyəyə qalxıb” - deyə bildirdi.

T.İrfanın sözlərinə görə, ölkədəki dini tolerantlıq nümunəsi dünyanın istər xristian olsun, istərsə də müsəlman bir ölkəsinə örnək göstərilə bilər. “Çünki fərqli dinlərin mənsubları mehriban şəkildə yaşamaqla bərabər birgə ziyarətlərdə, tədbirlərdə, ayinlərdə iştirak edirlər, mənəvi dəyərlərin vəhdət, həmrəylik mahiyyətini təzahür etdirirlər.

Bu vəsaitin ayrılması eyni zamanda həmin qurumların xaricdən asılılığını aradan qaldırır və onları kənar yardımlara möhtac qoymur. Eyni zamanda bunun müqabilində onlara olan yad təsirlərin kəsilməsinə kömək edir. Hər bir halda dini qurumlara dövlətin qayğısı müsbət haldır və gərək bu qurumlar da dövlətə, xalqa hər zaman töhfə versinlər. Ümid edirəm ki, bu ənənə ölkəmizdə belə də davam edəcək. Çünki dövlət - din siyasəti uğurla aparılır” - deyə T.İrfan əlavə etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
0
9
baki-xeber.com

10Mənbələr