AZ

Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb (FOTO)

Bakı. Trend:

İsveçdə fəaliyyət göstərən "Qobustan - Azərbaycan AydınlarOcağı"nın təşkilatçılığı ilə keçirilən "Qanlı 20 Yanvar" adlıvideokonfransın yekununda Norveç Nobel Komitəsinə bəyanat qəbuledilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, videokonfransın 100-dən çox iştirakçısı –"Qobustan - Azərbaycan Aydınlar Ocağı"nın üzvləri, Azərbaycandiaspor fəalları, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 20 Yanvarveteranları Norveç Nobel Komitəsinin sədri Jorgen Vatne Frydnesə vəKomitənin üzvləri - Asle Tojeyə, Anne Engerə, Kristin Klemetə, QryLarsenə bəyanat ünvanlayıblar.

Bəyanatda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi KomitəsininBaş katibi Mixail Qorbaçova 1990-cı ilin oktyabrında Norveç NobelKomitəsi tərəfindən verilən Nobel Sülh Mükafatına etiraz yer alıb.1990-cı il 20 Yanvar qətliamında əli Azərbaycan xalqının qanınabulaşmış Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsininədalətsiz qərar olduğu diqqətə çatdırılıb.

20 Yanvar faciəsini törədən cinayətkarların məsuliyyətə cəlbedilməsi üçün kifayət qədər hüquqi əsaslar olduğu bildirilib.Onların BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki vəSiyasi Hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalqhüquqi konvensiyaların tələblərini pozduğu qeyd olunub.

Bəyanatda dünya ictimaiyyətinin ədalətə inamı və Nobel SülhMükafatının mənəvi nüfuzunun güclənməsi baxımından MixailQorbaçovun bu mükafatdan məhrum olunmasının əhəmiyyətivurğulanıb.

Norveç
Norveç
Norveç
Norveç
Norveç
Seçilən
2
1
az.trend.az

2Mənbələr