Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
“Bütün dünyada müxtəlif növ nəqliyyat vasitələri fəaliyyət göstərir. Bakıda isə ictimai nəqliyyat sistemi yoxdur, yerüstü nəqliyyat sadəcə avtobuslardan asılı vəziyyətdədir. Avtobus sistemi də elə qurulub ki, yaxın məsafə üçün belə ən azı 2 avtobusdan istifadə etməliyik. Sıxlıq ucbatından avtobuslara minmək olmur. Xəstə, yaşlı, avtobusa minə bilməyən insanlar heç olmasa ucuz qiymətli taksidən istifadə edirdilər. Kənar zolaqlar velosiped və avtobuslara verilib. Manatlıq taksi adlandırdığımız maşınlar da buna görə yolüstü sərnişin götürə bilmir. Bütün bunlar vəziyyəti ağırlaşdırmaq üçün qəsdən edilib. Problemi həll etmək əvəzinə müxtəlif qadağalarla insanlara əziyyət verilir”.
O bildirib ki, ölkənin az qala 50%-i paytaxtda yaşayır:
“İnsanların gediş- gəlişini təmin etmək üçün metrostansiyalar, yerüstü nəqliyyat infsrukturu olmalıdır. Yalnız bunlar həll edildikdən sonra taksilər haqqında qərar vermək olar.
Taksilərin yaşının azaldılması da mənasızdır. Avtomobilin ancaq texniki vəziyyətinə görə icazəsi olmalıdır. Çünki elə maşınlar var ki, yaşı çoxdur ancaq yaxşı vəziyyətdədir. Eləsi də var ki, 2-3 ildir istifadə edilir, ancaq pis hala düşüb. Maşın müəyyən standartlara cavab verirsə, neçənci ildə istehsal edilməyinin fərqi olmamalıdır.
Görülən islahatlar heç nəyi dəyişmədi. Metrolarda yenə sıxlıq var və avtobuslara minmək mümkün deyil. Əsası olmayan islahatlar əhali üçün əlavə xərc və əziyyətdən başqa heç nə deyil”.
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
demokrat.az"Xəstə, yaşlı, avtobusa minə bilməyən insanlar heç olmasa ucuz qiymətli taksidən istifadə edirdilər" — AÇIQLAMA ( 15148715)
-
demokrat.az"Bu kimi layihələri ictimai nəqliyyatda görmək sevindirici haldır" — Nəqliyyat eksperti ( 15148271)
-
hakimiyyet.azBakının yeni NƏQLİYYAT TRENDİ: Velosiped və skuterlər ( 15147259)
-
newscenter.azNəqliyyat sahsindəki çağırışlara optimal cavab kompleks və sistemli yanaşmadan keçir ( 15142371)
-
baki-xeber.comSon 15 ilin nəqliyyat layihələrinin səmərəsi gündəmə gətirildi... ( 15134701)
-
olaylar.azBakıda şəxsi maşınlardan istifadə məhdudlaşacaq – Yeni qaydalar gəlir ( 15134557)
-
modern.azBakının nəqliyyat damarı şaxələnəcək - Müşavirədən GÖZLƏNTİLƏR ( 15119703)
-
interpress.azNəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib ( 15102823)
-
apa.azNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Prezident çıxış edib - VİDEO - YENİLƏNİB ( 15102141)
-
leqal.infoNəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Prezident çıxış edib ( 15100735)