Türkiyə ordusu son bir həftədə İraq və Suriyanın şimalında 57 terrorçunu öldürüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da, bu il məhv edilən terrorçuların sayı 278-ə çatıb.
Məlumatda qeyd olunub ki, terrorçularla mübarizə tədbirləri davam etdirilir.