AZ

Pit Heqset: Qəzaya uğrayan helikopter ekipajı kifayət qədər təcrübəli olub

Qəzaya uğrayan helikopter ekipajı kifayət qədər təcrübəli olub.

APA xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset "X" platformasında məlumat yayıb.

Nazir bildirib ki, məsələ artıq aviasiya təhlükəsizliyi mərkəzinin istintaq qrupu tərəfindən araşdırılır: "Biz təxmin edirik ki, istintaq hadisə zamanı təyyarənin düzgün hündürlükdə olub-olmadığını tez bir zamanda müəyyən edəcək".

O, həmçinin qeyd edib ki, helikopterin ekipaj üzvlərinin kimliyi hələ ki, müəyyənləşdirilməyib.

Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
Təyyarədə 4 ekipaj üzvü olmaqla 60 sərnişin, helikopterdə isə 3 ABŞ əsgəri olub. Yerli medianın məlumatına görə, artıq 18 nəfərin cəsədi Potomak çayından çıxarılıb.

Seçilən
17
apa.az

1Mənbələr