Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Əsəd rejiminin devrilməsindən sonra Suriyaya səfər edən ilk lider olub.
Modern.az xəbər verir ki, Dəməşqdə Qətər əmirini Suriya prezidenti Əhməd əl-Şara qarşılayıb.
Hava limanında qarşılanma mərasimində Suriyanın baş naziri Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Qəsrə və Qətərin Dəməşqdəki səfirliyinin bir çox rəsmisi iştirak edib.
"Cebheinfo.az"