AZ

Pozuntularla bağlı müraciətlər var - MSK sədri

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə keçirilən müxtəlif məntəqələrdə pozuntulara dair müraciətlər daxil olub.

Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, müraciətlər araşdırılacaq: "Səslərin operativ hesablanması əsas tələblərdəndir. Biz adətən çalışırıq ki, ilkin nəticələri seçkilərdən bir gün sonra açıqlayaq".

Qeyd edək ki, yanvarın 29-u Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.

Seçilən
7
8
axar.az

10Mənbələr