"Sevilya"dan ayrıldıqdan sonra heç bir komanda ilə anlaşa bilməyən Serxio Ramosun yeni iş yeri bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, əfsanəvi ispan futbolçu karyerasını Meksika Liqasında davam etdirə bilər.
İspan futbolçu 7 aylıq fasilədən sonra Meksika Liqasında çıxış etməyə hazırlaşır.
"Monterrey" prezidenti Antonio Norieqa "ESPN"ə müsahibəsində Serxio Ramosla müqavilə imzalamağa yaxın olduqlarını bildirib.
"Real Madrid", PSJ və "Sevilya" ilə 1 illik karyerasından sonra Serxio Ramos 1 iyul 2024-cü il tarixindən etibarən azad agentdir.
"Monterrey" Meksika Liqasında 13-cü yerdədir.