AZ

Deputat Pərvanə Vəliyeva Milli Məclisdə ilkin səhiyyə xidmətləri ilə bağlı dinləmədə təkliflərlə çıxış edib

QHT.az xəbər verir ki, bugün Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva dinləmədə ilkin səhiyyə xidmətinin (İSX) qurulması ilə bağlı bir sıra təkliflərlə çıxış edib. Deputat bildirib ki, ölkədə əhalinin sağlamlığını qorumaq və xəstəliklərin erkən aşkar olunmasını təmin etmək üçün İSX sisteminin gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, bu sahədə əsas diqqət yetirilməli olan məqamlar aşağıdakılardır:

1. Əhali sayına uyğun kifayət qədər İSX müəssisələri açılmalı və ya mövcud olanları işlək vəziyyətə gətirilməli;
2. İSX müəssisələri əsas tibbi avadanlıqlarla təchiz olunmalı;
3. Əhali yaşadığı yer üzrə ailə həkimlərinə təhkim olunmalı;
4. Xidmət göstərəcək tibb işçiləri həvəsləndirilməli;
5. Tibbi işçiləri yüksək keyfiyyətli profilaktik və ilkin tibbi xidmət göstərmək üçün lazım olan bacarıqlara yiyələnməli;
6. Əhalinin İSX-dən istifadəsi təşviq edilməli, əhali arasında səhiyyə maarifi artırılmalı; 
7. Bütün bunlar üçün isə həm müvafiq qanuni baza olmalı, həm də maliyyə olmalıdır.

Deputat vurğulayıb ki, əgər ölkədə İlkin səhiyyə xidmətlərində inkişafa nail olsaq, müalicə mərhələsinə çatmadan profilaktik və preventiv tədbirlərlə, skrininq proqramları ilə şəkərli diabet, hipertoniya və ya xərçəng kimi xəstəliklər erkən aşkar edilə bilər, fəsadların qarşısı alına və bununla da müalicəyə çəkilən xərc azala bilər.

"Bugün ilkin səhiyyə sisteminin qurulmasına qoyulan sərmayə illər sonra iqtisadi göstəricilərdə özünü biruzə verəcək və illər ərzində səhiyyə xərclərinin kumulativ əsasda azalmasına gətirib çıxaracaqdır. Sağlam əhali həm də güclü iqtisadiyyat deməkdir."

Seçilən
42
48
qht.az

10Mənbələr