Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
İclasda çıxış edən Vüsal Hüseynov Xidmət tərəfindən 2024-cü ildə görülmüş işlərdən, müvafiq fəaliyyətlərdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən İctimai Şuraya daxil olan təşkilatların iştirakından danışıb və bu sahədə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.
Sonra iclasda İctimai Şuranın 2024-cü il üzrə fəaliyyətinin yekunları, əldə edilmiş nəticələr qeyd edilib, eyni zamanda İctimai Şuranın növbəti, 2025-ci ilin birinci yarımili üzrə fəaliyyət planı və prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə miqrasiya sahəsində maraq doğuran digər məsələlər müzakirə olunub.