AZ

Qazaxıstandan gətirilən toyuqda ölümcül bakteriya tapılıb

Qazaxıstandan

Qazaxıstandan Rusiya ərazisinə gətirilən toyuq ətində ölümcül təhlükə yaradan Listeriya bakteriyası aşkarlanıb. “Ulusum”.az xəbər verir ki, məlumat Telegram-kanal Mash tərəfindən yayılıb.Bu bakteriya, insanın mərkəzi sinir sistemi və reproduktiv orqanlarına təsir edən listerioz xəstəliyinin səbəbkarıdır. Listerioz, meninqit və ensefalit kimi ciddi xəstəliklərə yol açaraq ölümə səbəb ola bilər.Məlumatına görə, bu toyuq ətinin qazaxıstanın böyük bir quşçuluq təsərrüfatına aid olduğu bildirilib. Şirkət məhsullarını yalnız Rusiya deyil, həmçinin Qırğızıstan və Özbəkistana da ixrac edir. Rosselxoznadzorun Altay bölgəsindəki əməkdaşları, Barnaulda götürülən nümunədə Listeriya aşkar ediblər. Laboratoriya testləri nəticəsində toyuq ətinin partiyası geri götürülüb və qonşu ölkədən gələn məhsullar üzərində nəzarət artırılıb.Səidə

Diqqət Çəkənlər

ABŞ-da təyyarə qəzası zamanı dispetçerlərin danışıqları dərc edilib

HAMAS Qırmızı Xaçın əməkdaşlarına daha yeddi girov təhvil verib

Ayrılıq özü də dərs olur hərdən

Seçilən
1
3
ulusum.az

10Mənbələr