Bakı-Quba yolunda "KIA Sportage" idarəetmədən çıxaraq aşıb, beş nəfər xəsarət alıb. Manset.az Report-a istinadən xəbər verir ki, Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib. E.Hacıyev bildirib ki, hadisə saat 20:05 radələrində yolun 140-cı kilometrliyində qeydə alınıb. Nəqliyyat vasitəsində ümumilikdə altı nəfər olub. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.