Bu gün UEFA Avropa Liqası Liqa mərhələsinin VIII turuna yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da son oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda avrokubok mövsümünə Yunanıstanda - "Olimpiakos"la görüşdə son verəcək.
"Karaiskakis" stadionunda baş tutacaq qarşılmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, keçirdiyi oyunlarda cəmi bir qələbəsi olan "Qarabağ" 3 xalla 34-cü pillədə qərarlaşıb və pley-offa adlaya bilməyəcəyi dəqiqləşib. Liqa mərhələsində keçirdiyi əvvəlki 7 oyunda 3 qələbə qazanıb, 3 heç-heçə edib və cəmi 1 məğlubiyyət görən "Olimpiakos" isə 12 xalla 12-ci yerdədir.
UEFA Avropa Liqası
Liqa mərhələsi, VIII tur
30 yanvar
00:00. "Olimpiakos" (Yunanıstan) – "Qarabağ"
Hakimlər: Radu Petresku, Radu Cinqulaç, Mirça Mixail Qriqoriu, Marsel Birsan (hamısı Rumıniya).
Hakim-inspektor: Gediminas Mazeyka (Litva).
UEFA nümayəndəsi: Mario Duran (Bosniya və Herseqovina).
Pirey. "Karaiskakis" stadionu
"Olympiakos": 88. Konstantinos Tzolakis, 4. Culian Byankone, 5. Lorentso Pirola, 16. David Karmo, 20. Koştinya, 10. Jelson Martins, 11. Kristoffer Velde, 14. Dani Qarsiya, 32. Santyaqo Hetse, 84. Xaralampos Kostulas, 9. Əyyub Əl-Kaabi.
Baş məşqçi: Luis Mendilibar.
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.