AZ

Bakıda nəqliyyatın hərəkəti tamamilə dəyişəcək – PREZİDENT YENİ SƏNƏD İMZALADI

Prezident İlham Əliyev bir gün əvvəl Bakı şəhərində nəqliyyatın vəziyyəti ilə bağlı keçirilən müşavirənin nəticəsi olaraq bununla bağlı dövlət proqramı təsdiqləyib. 

FED.az xəbər verir ki, dövlət başçısı «Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. 

Sənəddə paytax və ətraf ərazilərdə nəqliyyatın vəziyyətinin təkmilləşdirilməsi,  yolda keçirilən vaxtın azaldılması, yeni yolların çəkilməsi, nəqliyyat vasitələrinin tərkibinin yenilənməsi, ekoloji nəqliyyata keçid, eləcə də yeni qatar marşrutlarının açılmasıvə metro stansiyalarının tikintisi kimi məsələlər əksini tapıb. 

Proqramda əsas yeri paytaxt və ətraf ərazilərdəki əsas yollara düşən ağırlığıazaltmaq üçün yeni yolların inşası tutur. Bununla bağlı həm Bakının mərkəzi, həm də ətraf ərazilərlə yeni yollar və yol keçidləri inşa ediləcək. 

Eyni zamanda yollardakı sıxlığın azaldılması üçün müxtəlif yeni tədbirlər – dövlət qurumlarında iş qrafikinin dəyişməsi, iri təhsil müəssisələrinin Bakıdan köçürülməsi ilə bağlı məsələlər əksini tapıb. 

Sərəncama əsasən proqramda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Nazirlər Kkbineti həyata keçirəcək. 

«Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı»

Seçilən
3
fed.az

1Mənbələr