AZ

HƏMAS Məhəmməd Deyfin öldürüldüyünü təsdiqlədi

Fələstinin HƏMAS qruplaşması hərbi komandiri Məhəmməd Deyfin öldüyünü təsdiqlədi.

Sitat.info  xəbər verir ki, məlumatı, “Əl-Cəzirə” yayıb.

Qeyd edək ki, Məhəmməd Deyf 2023-cü ilin oktyabrında İsrailə hücumun ideya müəllifi və rəhbəri olub. İsrail Deyfin 2024-cü ilin iyul ayında hava hücumu nəticəsində öldürüldüyünü bildirib.

Deyfin ölümünü təsdiqlədikdən sonra HƏMAS-ın Qəssam Briqadalarının sözçüsü Əbu Obaida hərbi komandir müavini Mərvan İsanın və daha bir neçə komandirin də öldüyünü açıqlayıb. İsrail tərəfi İsanın mart ayında öldürüldüyünü açıqlayıb./musavat.com

Seçilən
9
25
sitat.info

10Mənbələr