AZ

Almaniya prezidenti Yaxın Şərqə və Türkiyəyə səfər edəcək

Bakı. Trend:

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 2-dən 5-dəkYaxın Şərq və Türkiyəyə səfər edəcək.

Trend xəbər verirki, səfər Səudiyyə Ərəbistanı ilə başlayacaq və Türkiyə ilə başaçatacaq.

Prezident Frank-Valter Ştaynmayer fevralın 2-də SəudiyyəƏrəbistanına gedəcək. Onun ötən ilin noyabrında planlaşdırılansəfəri, Almaniyada koalision hökumətin dağılması səbəbindən təxirəsalınmışdı. Ər-Riyadda o, Səudiyyə Ərəbistanının beyinmərkəzlərinin nümayəndələri ilə görüşəcək və Krallığın NazirlərŞurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin ƏbdüləzizƏl Səud ilə görüşəcək. Həmçinin Kral Salman parkı ziyarətediləcək.

Fevralın 4-də Prezident Ştaynmayer İordaniyaya gedəcək. Buradaİraqda İŞİD-ə qarşı mübarizə çərçivəsində yerləşən Almaniyakontingentini ziyarət edəcək. Eyni zamanda, İordaniya HaşimilərKrallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüşəcək.

Almaniya Prezidenti Türkiyəyə isə fevralın 5-də səfər edəcək.Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.

Seçilən
4
9
az.trend.az

10Mənbələr