AZ

ABŞ-də Demokrat Partiyasının populyarlığı rekord səviyyədə aşağı düşüb

Bakı. Trend:

Quinnipek Universitetinin sorğusuna əsasən, Demokrat Partiyası2008-ci ildən bəri ən aşağı populyarlıq səviyyəsinə malikdir.

Trend xəbər verirki, sorğunun nəticələrinə görə, amerikalıların 57%-i DemokratPartiyasına mənfi yanaşır, yalnız 31%-i isə müsbət fikirdədir. Bu,universitetin 2008-ci ildən bəri keçirdiyi sorğular arasında ənaşağı göstərici olub.

Bununla yanaşı, Respublika Partiyasına dəstək son 15 ilin ənyüksək səviyyəsinə çatıb. Respondentlərin 43%-i partiyaya müsbət,45%-i isə mənfi münasibət bildirib.

Sorğu yanvarın 23-dən 27-dək telefon vasitəsilə aparılıb və1000-dən çox yetkin ABŞ vətəndaşı iştirak edib. Statistik xətatəxminən 3,1 faiz bəndi təşkil edir.

Seçilən
0
23
az.trend.az

10Mənbələr