Bakı. Trend:
Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) hazırladığı vəmiqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan təklifinifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) dəstəyi iləyanvarın 29-da Bundestaqda qəbul edilməsi ölkədə siyasi gərginliyiartırıb.
Trend xəbər verirki, Berlin, Münxen, Frayburq, Hannover, Drezden və Maynts da daxilolmaqla bir çox şəhərdə on minlərlə insan küçələrə çıxaraq CDU/CSUittifaqının təklifinin AfD-nin dəstəyi ilə qəbul edilməsinə etirazediblər. Aksiyaçılar CDU və CSU-nun əsas və əyalət təşkilatlarınınqərargahları qarşısında toplaşıb.
Qətnamənin qəbulu CDU daxilində də narazılığa səbəb olub.Partiyanın tanınmış üzvü, publisist Mişel Fridman CDU sıralarındanistefa verdiyini elan edib. Keçmiş kansler və uzun illər CDU-yarəhbərlik etmiş Angela Merkel isə partiyanın hazırkı lideri FridrixMertsin təşəbbüsü ilə qəbul edilən qanunun AfD-nin dəstəyi ilətəsdiqlənməsini tənqid edib. O, Bundestaqda ilk dəfə AfD səsləriilə üstünlüyün əldə edilməsini düzgün hesab etmədiyinibildirib.
Xatırladaq ki, müxalifətdə olan Birlik partiyalarının təqdimetdiyi və Almaniyada miqrasiya siyasətinin sərtləşdirilməsininəzərdə tutan beş maddəlik qətnamə 345 əleyhinə 348 səslə qəbuledilib.