AZ

2024-cü ildə dünya üzrə aviaşirkətlərin sərnişin axını rekord həddə çatıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü ildə dünya üzrə aviaşirkətlər sərnişin dövriyyəsini 10,4% artıraraq rekord həddə çatdırıblar.
Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.
Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə bu göstərici 3,8% artıb.
Təyyarələrin doluluq nisbətləri bir il əvvəl 82,2%-lə müqayisədə 83,5%-ə yüksəlib ki, bu da rekord göstəricidir.
Ötən il aviaşirkətlər beynəlxalq reyslərdə sərnişin dövriyyəsini 2023-cü illə müqayisədə 13,6%, daxili reyslər üzrə isə 5,7% artırıb.
"2024-cü il insanların səyahət etmək istədiklərini çox aydın şəkildə göstərdi, həm daxili, həm də beynəlxalq marşrutlarda səyahətlərin sayı rekord səviyyəyə çatdı", - IATA-nın baş direktoru Uilli Uolş bildirib.
Seçilən
1
50
oxu.az

10Mənbələr