ABŞ Prezidenti Donald Tramp BRIKS ölkələrini beynəlxalq ticarətdə dollara alternativ yaratmağa cəhd etdiklərinə görə 100% tariflərlə hədələyib.
Publika.az xəbər verir ki, bu barədə o, "TRUTH" sosial hesabında yazıb.
“Biz tələb edəcəyik ki, bu zahirən düşmən kimi görünən ölkələrdən yeni BRIKS valyutası yaratmamaq və ya güclü ABŞ dollarını əvəz edəcək hər hansı başqa valyutaya dəstək verməmək öhdəliyi götürsünlər”, - o bildirib.
Tariflər tətbiq etməklə yanaşı, Tramp BRIKS ölkələrini dolları başqa valyuta ilə əvəz etməyə cəhd etsələr, onların üzünə Amerika bazarının qapılarını bağlamaqla hədələyib.