Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.68% artaraq 3.0982 ABŞ dollarına bərabər olub.
Teleqraf.com xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri isə 51.34 avroda sabit qalıb.
Qeyd edək ki, "Title Transfer Facility"də qazın meqavat-saatının dəyəri həftəlik əsasda 3.15% bahalaşıb.
Müəllif: Mirvari Əzizova