"Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı əmlaklarını hərraca çıxaracaq.
Teleqraf.com Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca iki əmlak çıxarılır.
Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 218,84 kv.m olan mənzilin start qiyməti 500 min manatdlr. Bu hərracda iştirak etmək istəyən 25 min manat beh verməldir.
İkinci əmlak isə Hacıqabul şəhərində ümumi sahəsi 823,5 kv.m olan qeyri-yaşayış binasıdır. Start qiyməti 160 min manat, beh isə 8 min manatdır.
Hərrac 27 fevral 2025-ci il saat 11:00-də keçiriləcək.
Müəllif: Bəkir Nərimanoğlu