AZ

17 yaşlı oğlan ailəsinin 4 üzvünü öldürdü

İstanbulun Eyüpsultan rayonunda bir evdə eyni ailədən olan 4 nəfər güllələnərək öldürülüb. 

Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. 

Hadisə ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində evdən qaçan ailənin 17 yaşlı oğlu Bursada nəzarətə götürülüb. 

Şübhəli atasını, anasını, nənəsini və bacısını öldürdüyünü etiraf edib. 

Aparılan yoxlamalar zamanı 71 yaşlı Fatma İncə, 43 yaşlı Mehmet Yenigün, 42 yaşlı Aysun Yenigün və 12 yaşlı Zilan Yenigünün güllələnərək öldürüldüyü müəyyən edilib. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
0
2
missiya.az

5Mənbələr