“Azinşaat Servis” ASC-nin direktorlar (müşahidə) şurasının sədr və üzvləri seçiləcək.
Valyuta.az xəbər verir ki, bununla bağlı ASC səhmdarlarının 17 mart saat 11.00-da növbəti illik ümumi yığıncağı keçiriləcək.
Gündəliyə çıxarılan digər məsələlər Cəmiyyətin İcra orqanının seçilməsi, 2024-cü il üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili və təsdiqidir.