AZ

Fakturası olan, fakt ortada qalan Hikmət Rəhimov- Aydın Can yazır

Uzun yazmayacam, dəfələrlə xatırlatdığımı təzədən xatırlatmaq istəyirəm: Nikolay Karaçentsev vardı, rəhmətlik, "Çelovek s bulvara kaputsinov" filmində deyir o ifadəni... kinomexanikin növbəti filmi nümayişindən sonra pabda dalaşanlara. Hələ mədəniləşməmiş, kinoyla təzə-təzə tanış olanlara. Hər kino insan davranışını redaktədir... mədəni tərəqqi statusunda!
az.tv-lərdə pafos, sünilik, duyğu sömürüsü, iyrənc "dramatizm", üfürülmüş "romantizm" və s və s. məcbur elədi yazdım:
bizdə bütün sahələr üzrə potensial var, amma reallıqda... - özümə söz vermişəm, söyüşlü şeylər yazmayım, odur ki, realla potensialın fərqi haqqındakı anekdotu yazmıram, lütfən, özünüz yadınıza salın.
Mən onu da başa düşürəm ki, Azərbaycanda nüvə fizikası üzrə nobeliantımız, futbol üzrə "qızıltopçu"muz, kinoda "oskar"lımız olsa da, xeyri yoxdur! ÇÜNKİ "ştuçnı" siqareti olmaq kimi bir şeydir - millətin saxlancına düşəsi deyil! Açmasına halım yox. Deyəcəyim isə budur:
bütün kino sənayesində və rejissorluq institutunda talantla bərabər, aktyor daha çox FAKTURAsı ilə önəmlidir!
Bugünkü Azərbaycanda rejissorlar üçün FAKTURASI OLAN cəmi bir neçə aktyor var: ilk sırada Hikmət Rəhimovdur. Çəkildiyi filmlərdə, istisnasız olaraq, rol və obraz, ifaçı xarizması, jestlər-mimika, psixoloji və dramaturji aspektdən hərəkət trayektoriyası - bədən dili, deyək, hər birində əliyyül-əla, əhsənül-xaliqin!
İkinci belə bir şkalada sıralamaya layiq olan, hədəfə gələn, hələlik yaxın düşən İlkin Misgərlidir. Hətta bu adam sıravi serial olan "Kənd havası"nda hər seriyada bir neçə ştrix ərməğan edir.
Hikmət Rəhimov kimi püxtələşmiş tərəf-müqabillə İlkin Misgərlinin üzə çıxası daha çox fakturası var.
Hikmət Rəhimov bütün filmlərində "şarm, izyüminka" çələngi ərməğan edib.
Rejissor kimi də gözəl tapıntıları, mesajları var.
Düzdür, Hikmət Rəhimovun rejissor kimi fəaliyyətinə qədər Elçin Musaoğlunun "Nabat" filmi dramatizm baxımından ilk və həm də uğurlu nümunə sayılmalıdır!
Ancaq Hikmət Rəhimovun "Üçüncü günün adamı" filmi daha diapazonlu, daha sanballı və daha faydalı filmdir. Lirik-psixoloji, dramaturji yönləriylə bərabər, tarixi və milli-bəşəri faktologiyası və atmacaları ilə belə, fövqəlqatda duran bir film olaraq, dəyərləndirilməliydi- aldığı mükafatlar öz yerində. "Titanik" yüzlərlə mükafat alıb, amma təqdiri bu gün də davam edir! Biz olanımıza "pəh!" deyə bilməyənlərdənik!
Azərbaycanın FAKTURASI AKTYOR OLANLAR siyahısını təqdim etməyə ona görə cəsarət edirəm ki, Hikmət Rəhimovda həm də rejissor fakturası var!
Ola bilsin, gələcəkdə birdən diqqətini çəkər... növbəti filmlərin çəkilişində. İndiyə qədər çəkdiyi və çəkildiyi filmlər onun anonsudur ki, yaxın illərdə biz çox ağırtaxta bir rejissora və çox da heyrətamiz filmə tamaşaçı olacağıq: o rolların ifaçısı, o ssenarilərin müəllifi içində çağlayan bulaqdır, vulkan kimi püskürməsi an məsələsi.
SÖZARASI və həm də SOS-la deyim: Azərbaycan necə ki BİR KİŞİLİK siyasətdən, yarımkomandalıq futbolçudan, bir neçə misralıq və bir neçə cümləlik ədəbiyyatdan, bir neçə milyarderi olan xalqdan ibarətdirsə, elə həm də bir-iki, uzağı, üç seriyalıq kino ölkəsidir!
Azərbaycanda serial çəkməyə pul buraxan sponsorlar, xalq sizə "gijdulya" kimi baxır, dedim, biləsiniz - pul ayırıb çəkdirdiyiniz seriallara baxın, görün nə düşüklüklər var. Bizdən oğurlayırsınız, dövlətdən oğurlayırsınız, ziyan vurursunuz, əcəb edirsiniz, heç olmasa, oğurladıqlarınıza özünüz ziyan vurmayın. Hayıfdır o pullar. Ortaya qoyulanlar serial deyil, hər nədirsə...
Və... pul buraxanda da
Tatyana Çerkasova, Anna Taratorkina, Yevgeniya Loza, Kler Forlani, Şarliz Teron kimi aktrisalara, Kevin Kostner, Riçard Gir, Klint İstvud, Mel Qibson kimi SEÇKİN OBLİKİ-SİMASI olanlara ayırın!
YAZIYA SÖYKƏK: Azərbaycan futbol çempionatı təzə başlayanda gördüm ki, bizim oyunçular boş qapıya penalti vura bilmirlər, yazdım ki, a bala, gəlin bizim kənddə İrac var, Mirmehdi var, Akim var, Filə (Fikrət) var, Famil var, Barat var, Vəli var, Təbriz var, Cahid var, baxmayın hərəsinin 40-45 yaşı var, allah haqqı, Tofiq Bəhrəmavun qızıl "svistok"u haqqı, Banişevskinin başı haqqı, həm Neftçinin, həm də "Qarabağ"ın tum oyunçularından yaxşı oynayarlar!
İnanmadılar!
İNDİ DƏ kino sənayesi işçilərinə deyirəm: ay balam, bəsdirin bu silikonlu, botokslu, istifadə müddəti istifadə müddətindən bir xeyli əvvəl bitmiş, motoru "şlifovka"ya gəlməyən, "koltsa"ları yağ buraxan, "qluşitel"i cırıq-cırıq olan, "most"u qaçan mamlımatanları soxuşdurmağa - həqiqi aktrisaları da oynamağa qoymurlar "prisutstviya"larıyla! (o gün serialların birində guya da faciəni çatdırmaq üçün əlini atır sinəsinə-ürəyinin üstünə, allah haqqı, az qaldı dəli olum: bar qəhbələri ekstaz dəqiqələrində elə edirlər e! adamın balası güllələnir, bu özünü elə ovuşdurur, gəl görəsən!)
Biri özünü Afaq Bəşirqızının gününə qoyur, biri Leyla Şıxlinskya yerişi yerimək və taleyini yaşamaq istəyir, o biri baxır "manıska"nın biri CeniLo kayfındadı, bu da özünü Ledi Qaqa obrazında soxuşdurmaq istəyir!
Azərbaycanın müxalif mətbuatı Qənimət Zahidin yerləşdirdikləri pazların əlində qaldığı kimi, teatrı da "Mikayıl Mirzənin kuklaları"nın badına gedib, heç olmasa, kinoda "Marçello Mastroyanni"lik iddianız varsa, zəhmət də olsa, bizə Ornella Muti təqdim edin! Klaudie Kardinaleni unutmamışıq, hələ də Moskvaya gedib Yekaterina Qradovanın əllərini öpən tamaşaçılar var!
Ölkəyə və dövlətə, xalqa və millətə hamı - icra başçısı, polis rəisi prokuror, hakim, vəkil namərdlik edib badalaq vura bilər, amma heç bir halda kino və teatr, ədəbiyyat təmsilçiləri bu oğraşlıqlara imza atmamalıdır! Kino, incəsənət, mədəniyyət, ədəbiyyat xalqı və dövləti tarixdə yaşadan tək saf obrazdır!
Eşitmisiniz rejissorlar, sponsorlar məşuqələrini rollara, teatrlara soxuşdururlar, amma bu bizə aid deyil, olmamalıdır - büdcəsi trilyon dollar, pensiyasının həcmi ildə yüz min dolları aşan ölkələrdə kefdən elə edirlər. Siz acından belə eləməyin! O ölkələrdə hərə öz puluyla edir, siz ya dövlətin, ya da dövlətdən oğurladığınız pullarla belə edirsiniz. Fərqin fərqinə varın!
Hələ ki... son 30 ildə bir Hikmət Rəhimov, bir İlkin Misgərli, bir Mənsur Şərif, bir Ənvər Abbasov bir Elçin Musaoğlu ələ düşübsə, onları fərdalarla, elməddinlərlə, rəfaellərlə, coşqunlarla, elcanlarla çürütməyin, hövlləndirməyin, çərlətməyin!
Ermənilər bir bambılı Mkrtçyanla kino sənayesində qalır dəngül bir cümləsiylə: "ya tak dumayu"!
Gürcülər bir "çtto-qritto" kimi bapbalaca quşcığaza mənasız modal müarciətlə tarixdə özlərini var kimi aparırlar (hələ orasını demirəm ki bizim danqabaşlar da "Nabat"ı, "Üçüncü günün adamı"nı qoyub indi də "Mandarin"lərini yeyirlər)!
Amma biz.... kimləri və hansı filmləri boş buraxırıq!
Nə isə...
Hikmət Rəhimova çox diqqətli olaq.
İmkan varsa, özümüz ona assist edək: yaxşıları təklif edək, yaxşıları görək, yaxşını görək!
Adamın teatral naturası da cazibədar: "Yuğ"da tamaşasına baxmışam - azı 5 il olar! Hələ də obrazın ifası gözümün önündədir!
Aydın Can, araşdırmaçı jurnalist
Seçilən
0
50
news365.az

10Mənbələr