AZ

BMT Azərbaycanda “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi istiqamətində konkret nəticələrə nail olmağı hədəfləyir

Azərbaycan qarşıdakı illər üçün müəyyənləşdiriləcək hədəflərin uğurla həyata keçirilməsində tərəfdaşlarla əməkdaşlığı dərinləşdirməyə və hərtərəfli dəstək göstərməyə hazırdır.


"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) üzrə “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” tədbirində bildirib.

"Ancaq bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, inkişaf ehtiyaclarını və BMT ilə əməkdaşlığın çərçivə hüquqlarını müəyyən etmək dövlətin müstəsna səlahiyyətində olan məsələdir. Ümid edirik ki, yeni çərçivə sənədi həm mövcud reallıqları, həm son 5 il ərzində Azərbaycanın əldə etdiyi inkişaf göstəricilərini, onun hazırkı beynəlxalq mövqeyini, həm də dövlətin və hökumətin gözləntilərini əhatə edəcək şəkildə hazırlanacaq", - o vurğulayıb.


Onun sözlərinə görə, BMT Azərbaycanın dayanıqlı inkişafı üzrə əməkdaşlıq çərçivəsinin tərkib hissəsinə çevrilməklə, “yaşıl iqtisadiyyat”ın genişləndirilməsi və sosial inklüzivliyin təmin edilməsi istiqamətində konkret nəticələrə nail olmağı hədəfləyir: "İnanıram ki, BMT və digər beynəlxalq tərəfdaşlarla koordinasiya şəraitində, "heç kimin geridə qalmaması" prinsipi əsasında daha ədalətli, sabit və inkişaf yönlü bir cəmiyyətin əsasını möhkəmləndirə biləcəyik".

Y.Rəfiyev deyib ki, Azərbaycan çoxşaxəli diplomatiyanın gücünə inanan dövlətdir: "Ötən il keçirilən COP29 iqlim komfransının nəticələri bir daha göstərib ki, bütün mövcud qlobal çağırışlara və çətinliklərə baxmayaraq, real nəticələr əldə etmək mümkündür. Bu çərçivədə Azərbaycan BMT ilə əməkdaşlığa xüsusi önəm verir".

Seçilən
3
22
report.az

10Mənbələr